Son dəqiqə

Türkiyə İŞİD Ali Yerlikaya

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirib

Bakı,TurkicWorld

Türkiyənin 21 vilayətində aparılan "Gürz-44" əməliyyatları çərçivəsində 164 nəfər şübhəli şəxs saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya ölkə daxilində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatların keçirildiyini açıqlayıb.

Yerlikaya sosial media hesabında paylaşdığı açıqlamada, İstanbul və Ankara daxil olmaqla 21 vilayətdə keçirilən əməliyyatlarda 164 İŞİD üzvünün saxlanıldığını və şübhəlilərin təşkilat daxilində aktiv fəaliyyət göstərərək maliyyə dəstəyi verdiyini bildirib.

Həmçinin, əməliyyat zamanı sənədsiz silah və tüfənglər, eləcə də çoxlu sayda rəqəmsal materiallar ələ keçirilib.

Əməliyyatlarla bağlı açıqlama verən Ali Yerlikaya vurğulayıb ki, terrorun qarşısının alınması üçün sosial həmrəylik və ortaq dəyərlər əsas müdafiə mexanizmləridir. O, Türkiyənin terrorla hərtərəfli mübarizəyə sadiq olduğunu və bu təhlükəni ölkədən tamamilə silməkdə qərarlı olduqlarını qeyd edib.

Mövzuya görə xəbərlər