Son dəqiqə

Türkiyə AFAD zəlzələ

Egey dənizində zəlzələ baş verib

Bakı. TurkicWorld:

Egey dənizində Türkiyə vaxtı ilə saat 10:22-də 4,7 bal gücündə zəlzələ olub.

TurkicWorld-un məlumatına görə, yeraltı təkanlarla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ ölkənin Muğla vilayətinin Bodrum rayonundan 171,26 kilometr məsafədə meydana gəlib. Yeraltı təkanların ocağı dənizin 6,64 kilometr dərinliyindədir.

Qeyd edək ki, dünən bir neçə saat ərzində Egey dənizində ən şiddətlisi 4,4 bal gücündə bir neçə təkan qeydə alınıb.

Mövzuya görə xəbərlər