Son dəqiqə

Türkiyə F-35 qırıcısı

40 ədəd F-35 təyyarəsi üçün rəsmi tələb təqdim edilib - Türkiyə MSB

Bakı, TurkicWorld

40 ədəd F-35 təyyarəsi ilə bağlı rəsmi tələb ABŞ-a çatdırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumatda, “Ümid edirik ki, müttəfiqlərimiz NATO-nun ruhuna və ümumi təhlükəsizlik perspektivinə uyğun qərarlar qəbul edərək, bütün açıq və gizli sanksiyaları aradan qaldıracaq.”- deyə bildirilib.

Nazirlik həmçinin F-16 Block 70, Eurofighter və F-35 təyyarələrinin alınması ilə bağlı məlumat verib.

“Milli təyyarəmiz KAAN xidmətdə olana qədər müasir döyüş təyyarələrinin inventara daxil edilməsi üçün səylərimizi davam etdiririk. Bu çərçivədə, F-16 Block 70 ilə bağlı 40 təyyarə və xüsusi sursat üçün 1,4 milyard dollarlıq müqavilə qüvvəyə minib, texniki danışıqlar davam edir. Eurofighter 40 təyyarə ilə bağlı texniki danışıqlar müsbət irəliləyir. F-35 ilə bağlı isə Rəsmi tələb təqdim edilib. Daha əvvəl ödəniş edilən və anqara götürülən 6 təyyarə sanksiyalar səbəbindən NATO tarixində ilk dəfə bir üzv ölkəyə çatdırılmayıb. Bu sanksiyaların səhv olduğunu düşünürük və müttəfiqlərimizdən ədalətli qərarlar gözləyirik.” - deyə nazirlik bildirib.

ABŞ prezidenti Baydenlə görüşən Cənubi Kipr Rum Administrasiyasının (CKRA) NATO-ya üzvlük cəhdlərinə Nazirlikdən “CKRA-nın NATO-ya üzvlüyü ilə bağlı müraciəti yoxdur, lakin bu təşəbbüs belə Türkiyə üçün qəbuledilməzdir.” - cavabı verilib.

Yüksək İntizam Qurumuna (YDK) göndərilən leytenantlar və digər personalın işi ilə bağlı Nazirlik iclasın vaxtı təyin edildikdən ən azı 10 gün əvvəl aidiyyəti şəxslərə məlumat veriləcəyini bildirib.

Nazirlik, həmçinin İraq və Suriyanın şimalında aparılan antiterror əməliyyatları barədə də məlumat verib.
Son bir həftədə 72 terrorçunun zərərsizləşdirildiyini, Yanvarın 1-dən bu günədək zərərsizləşdirilən terrorçuların ümumi sayının isə 2611-ə çatdığını bildirib.

Qeyd edək ki, Liviyada 5+5 Birgə Hərbi Komissiya nümayəndələri Türkiyənin dəvəti ilə Ankarada görüş keçirib. Nazirlikdən bu verilən açıqlamada “Liviyanın sülhü və sabitliyi üçün əlavə addımlar müzakirə edilib. Türkiyə, vahid Liviya anlayışı əsasında ölkənin bütün seqmentləri ilə əməkdaşlıq və dəstəyini davam etdirməkdə qərarlıdır.” - deyə bildirib.

Mövzuya görə xəbərlər