Son dəqiqə

Türkiyə Devlet Bahçeli

Ərdoğan Türk Əsrinin qurucusudur- Devlet Bahçeli

Bakı, TurkicWorld

Türkiyənin Milliyetçi Hareket Partiyasının (MHP) sədri Devlet Bahçeli Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyənin gələcəyi üçün əsas lider olaraq xarakterizə edib.

TurkicWorld xəbər verir ki, o bu barədə Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında çıxış edərkən bildirib.

Bahçeli sözlərində eyni zamanda, terror təşkilatlarına və onların məqsədlərinə qarşı sərt mesajlar verib.

O, separatçı qruplara dəstək verən şəxslərin köksüz olduğunu vurğulayaraq, terrorla mübarizə aparmaq istəyənlərin Mehmetçiklə birlikdə ön cəbhədə mübarizə aparmalarını təklif edib. MHP lideri, Türkiyənin yeni konstitusiya hazırlığı prosesində güclü mövqe nümayiş etdirəcəyini və bu istiqamətdə əzmlə çalışacağını bildirib.

Bahçeli , çıxışında Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsinin əhəmiyyətini vurğulayıb. Baxçalının fikrincə, Türkiyənin gələcəyi üçün Ərdoğanın liderliyi siyasi və iqtisadi sabitlik, terrorizmə son qoyulması və inflyasiyanın nəzarət altına alınması kimi əsas məqsədlərin təminatçısıdır.

Bahçeli həmçinin konstitusiya dəyişikliklərinə ehtiyac olduğunu qeyd edərək, Türkiyənin sabitliyinin gücləndirilməsi və gələcək üçün möhkəm bir hüquqi baza yaradılmasının zəruriliyini vurğulayıb. Belə bir addımın dinc və firavan bir cəmiyyətin qurulmasına, iqtisadi və siyasi sabitliyin təmin olunmasına yönəlmiş mühüm tədbir olduğunu bildirib.

Mövzuya görə xəbərlər