Bakı, TurkicWorld
İstanbulda narkotik tacirlərinə qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 142 nəfər şübhəli saxlanılıb.
TurkicWorld xəbər verir ki, Qaziosmanpaşa və Küçükçekmece Respublika Prokurorluqları ilə koordinasiya edilən əməliyyatlarda, internet saytları, sosial media platformaları və ani mesajlaşma qruplarında narkotik ticarəti ilə məşğul olduqları müəyyən edilən 155 şübhəli təsbit edilib.
İstanbulun hər yerində eyni vaxtda təşkil olunan əməliyyat tədbiri nəticəsində isə 142 nəfər saxlanılıb, digər şübhəlilərin axtarışı davam edir.
Şübhəlilərin ünvanlarında aparılan axtarış zamanı müxtəlif növ və miqdarda narkotik vasitələr, 3 tərəzi, 5 tapança, 1 boş tüfəng, 2 ov tüfəngi, 18 patron, 179,860 lirə və 4,020 dollar məbləğində pul ələ keçirilib.
Hazırda şübhəlilərin polis bölməsində dindirilməsi və digər istintaq əməliyyatları davam etdirilir.