Son dəqiqə

Türkiyə Estoniya F-16

Türk F-16-ları Estoniya səmasında yüksələcək

Bakı, TurkicWorld

Türkiyə Hərbi Hava Qüvvələri 2026-cı ildə NATO-nun Baltik Hava Patrul missiyasına qatılaraq, Estoniyadakı Əmari Hava Bazasında təhlükəsizlik missiyasına dəstək verəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna çıxışı zamanı qeyd edib.

Tsahkna, Türkiyənin 2026-cı ildə Baltik Hava Patruluna qoşulmaq qərarının NATO müttəfiqləri arasındakı birliyi gücləndirdiyini bildirib.

Bu il həmçinin Türkiyə və Estoniya arasında diplomatik əlaqələrin də 100 illiyi qeyd olunur.

Tsahkna, gərgin təhlükəsizlik şəraitində NATO müttəfiqlərinin Baltik regionunda daimi və görünən mövcudluğunun vacibliyini vurğulayıb.

Qeyd edək ki, Türkiyə Baltik Hava Patrulu missiyasına üçüncü dəfə qoşulacaq. Belə ki, daha əvvəl Türkiyə Hərbi Hava Qüvvələri 2006-cı ildə Litvada, 2021-ci ildə isə Polşada bu missiyaları həyata keçirib.

Onu da qeyd edək ki, bu təklif ilk olaraq Yunanıstana təklif olunsa da, Yunanıstan bu təklifi, Litva, Latviya və Estoniyanın Balkanlardakı öhdəliklərini əsas gətirərək rədd edib. Yerli mətbuatın məlumatına görə isə, Baltikyanı ölkələr Yunanıstandan F-16 döyüş təyyarələrini hava məkanlarını qorumaq üçün göndərməsini istəyiblər.

Rusiyanın NATO-nun şərq sərhədlərində artan fəaliyyəti səbəbilə Baltikyanı ölkələrdə hava hücumundan müdafiə prioritetə çevrilib. Lakin Yunanıstan, Albaniya, Monteneqro və Şimali Makedoniya üzərindəki patrul vəzifələrinin artıq kifayət qədər yükləndiyini və 2025-ci ildən Bolqarıstanı da əhatə edəcəyini əsas gətirərək, bu təklifi rədd edib.

Mövzuya görə xəbərlər