Bakı,TurkicWorld
FETÖ lideri Fətullah Gülənin Türkiyədə dəfn olunacağı yer yoxdur.
TurkicWorld xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib.
"FETÖ lideri, Türkiyə ilə harda düşmənçilik edibsə, orda da çürüməlidir",- deyə o bildirib.
Həmçinin Bahçeli, Türkiyənin kürdlərlə min illik qardaşlığı yaşatmaq lazım olduğunu bildirib.
"Türkiyənin problemi kürdlər deyil, separatçı terror təşkilatlarıdır",- deyə Bahçeli vurğulayıb.
Qeyd edək ki, oktyabrın 21-də Terror təşkilatı FETÖ-nün lideri Fətullah Gülən ölüb.