Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Türkiyənin Livandan olan qaçqınları qəbul etməyə hazır olduğunu açıqlayıb

Bakı, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Livandan olan qaçqınları qəbul etməyə hazır olduğunu açıqlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə R.T.Ərdoğan Almaniya kansleri Olaf Şolz ilə danışıqlardan sonra İstanbulda keçirilən mətbuat konfransında deyib.

"Birinci mərhələdə [2011-ci ildə vətəndaş müharibəsinin başlaması ilə] Suriyadan bizə 4 milyona yaxın qaçqın gəldi. Hazırda ölkəmizdə 3,5 milyona yaxın suriyalı qaçqın var, qapımız onların üzünə həmişə açıq olub və açıqdır. Livandan olan qaçqınlar varsa, biz də onların üzünə qapılarımızı açıq saxlayırıq. Livanda türkmənlər də yaşayır, qapımız onların da üzünə açıqdır", - deyə o bildirib.

Mövzuya görə xəbərlər