Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Azərbaycanı təbrik edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

TurkicWorld xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Dostumuz, qardaşımız; iki dövlət, tək millət anlayışına sahib olduğumuz Azərbaycanın 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm.

Prezident, dəyərli qardaşım İlham Əliyev və bütün Azərbaycan xalqına Türkiyənin salamını və sevgilərini çatdırıram”, - paylaşımda bildirilir.

Mövzuya görə xəbərlər