Son dəqiqə

Bayraktar TB2 PUA

Bayraktar TB2 missiyasını tamamlayıb

Bakı,TurkicWorld

2014-cü ildə qəbul testlərindən keçən və Türkiyə Quru Qoşunları Komandanlığının inventarına daxil olan ilk sistem olan quyruq nömrəsi S5 olan Bayraktar TB2 PUA, 10 min saat xidmət edərək gövdə ömrünü tamamlayan ilk PUA olub.

TurkicWorld xəbər verir ki, bu barədə Baykar tərəfindən edilən açıqlama verilib.

PUA sırasıyla Xəndək Əməliyyatları, Fərat Qalxanı, Zeytun Budağı, Sülh bulağı, Bahar Qalxanı və davam edən Pəncə Əməliyyatlarında mühüm vəzifələr götürüb. O, missiyası ərzində 750-dən çox uçuş həyata keçirib.

PUA-lar həmçinin 30 illik Qarabağ işğalına, eləcə də Liviya, Ukrayna, Mali və Burkina Fasodakı müharibələrə son qoyulmasında əsas rol oynayıb.

Mövzuya görə xəbərlər