Son dəqiqə

Türkiyə BMT COP29

Tanınmış aktyor Türkiyəni COP-29-da təmsil edəcək

Bakı, TurkicWorld

Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransında (COP29) Türkiyəni “Diriliş Ertuğrul” serialı ilə tanınan Engin Altan Düzyatan təmsil edəcək.

TurkicWorld xəbər verir ki, ölkəmizdə 11-24 noyabr 2024-cü il tarixlərində paytaxt Bakının ev sahibliyi ilə BMT-nin İqlim Sammitinin 29-cu sessiyası (COP29) keçiriləcək.

Azərbaycandakı COP29 qəyyumları ətraf mühitin çirklənməsinin azaldılmasını təşviq etmək üçün lazım olan əsas mexanizmlərdən biri kimi COP29 Beynəlxalq Məsləhət Komitəsini (COP29 IAC) yaradıb. Ümumilikdə 21 üzvü olan komitənin tərkibinə iqlim fəaliyyətlərinin müxtəlif aspektləri ilə bağlı məsələlərə töhfə verə biləcək insanlar daxildir.

Aktyor Engin Altan Düzyatan isə İqlim Dəyişikliyi Məsləhət Komitəsində Türkiyəni təmsil edəcək

Komitənin üzvləri arasında Latviya, Bolqarıstan və Rumıniyanın keçmiş prezidentləri, müxtəlif ölkələrin keçmiş nazirləri, ekoloji fəaliyyətləri ilə seçilən şəxslər və beynəlxalq təşkilatların nümayəndələri də yer alır.

Mövzuya görə xəbərlər