Bakı, TurkicWorld
Türkiyənin Kırklareli vilayətində keçirilən əməliyyat zamanı 23,5 ton saxta təmizlik materialı və 131 zəli ələ keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Jandarma Komandirliyi məlumat yayıb.
Jandarma Komandirliyi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları 3 ayrı ünvandakı anbarlarda saxta təmizlik materialları istehsal edildiyini müəyyən edib.
Kırklareli Respublika Prokurorluğunun koordinasiya etdiyi əməliyyatda 7 şübhəli cinayət başında saxlanılıb.
Şübhəlilərə cəmi 2 milyon 709 min 987 türk lirəsi inzibati pul cəzası kəsilib.
Hafiz Rufizoğlu