Bakı, TurkicWorld
Türkiyədə BAYKAR Technology tərəfindən hazırlanmış yerli və milli pilotsuz döyüş təyyarəsi olan KIZILELMA PT-3 imkanlarını artırmağa davam edir.
TurkicWorld xəbər verir ki, bu barədə Baykar İdarə Heyətinin sədri Selcuk Bayraktar sosial media hesabında açıqlama verib.
KIZILELMA PT-3 yenidən Tekirdağın Çorlu aerodromunda görünüb və bu dəfə gecə taksi performansı üçün uçuş-enmə zolağında olub.
Yerli və milli pilotsuz döyüş təyyarəsi olan KIZILELMA PT-3, taksi hərəkətlərini uğurla həyata keçirərək, bu testdən də tam qiymət alıb.
Qeyd edək ki, KIZILELMA PT-3 radarlardan gizlənmək və havadan-havaya raketləri buraxmaq qabiliyyətinə malikdir.
Türkiyə müdafiə sistemində önəmli yer tutan bu təyyarə, üstün xüsusiyyətləri sayəsində qısa uçuş-enmə zolaqlarından da qalxıb enə bilir.