Son dəqiqə

Türkiyə xarici işlər nazirliyi

Almaniyada baş verən hücumda Türkiyə vətəndaşlarından xəsarət alan olmayıb – Türkiyə XİN

Bakı,TurkicWorld

Almaniyanın Solingen şəhərində dünən baş verən hücumda Türkiyə vətəndaşlarından xəsarət alan olmayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi Almaniyada baş verən bıçaqlı hücumla bağlı açıqlama verib.

“Mövcud məlumatlara görə, Solingen şəhərində dünən baş verən hücumda vətəndaşlarımızdan heç biri zərər görmədi. Hadisələr Düsseldorfdakı Baş Konsulluğumuz tərəfindən yaxından izlənilir”,- deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, ötən gün Almaniyanın Solingen şəhərində keçirilən tədbirdə bıçaqlı hücum nəticəsində üç nəfər həyatını itirib.

Mövzuya görə xəbərlər