Bakı,TurkicWorld
Türkiyənin Xarici İşlər Nazirliyi İsrail baş nazirliyinin Rəcəb Tayyib Ərdoğana qarşı olan ittihamlarına cavab verib.
TurkicWorld xəbər verir ki, bu barədə nazirlik X sosial media hesabında bəyanat verib.
“İsrailin prezidentimizə qarşı ittihamları mahiyyətcə təqsir psixologiyasının təzahüründən başqa bir şey deyil”,- deyə bəyanatda qeyd olunub.
Bəyanatda, İsrailin baş naziri Benyamin Netanyahu və hökumətinin beynəlxalq məhkəmədə törətdikləri cinayətlərə görə mütləq cavab verəcəkləri də vurğulanıb.
Açıqlamada Türkiyənin bu prosesdə Fələstin xalqının və bölgədəki bütün dost və qardaşlarının yanında olmağa davam edəcəyi bildirilib.