Bakı, TurkicWorld
İzmir körfəzində minlərlə balıq sahilə çıxıb.
TurkicWorld xəbər verir ki, mütəxəssislər balıqların ölümünün səbəbinin zəhərli plankton partlayışı olduğunu bildiriblər.
Balıq ölümləri səbəbiylə bölgədə pis qoxu təsirli olarkən, körfəzin rəngi yaşıllaşıb. Səlahiyyətlilər əraziyə gələrək dənizdən nümunələr götürüblər.
Mövzu ilə bağlı açıqlama verən Dəniz Alimi Prof. Dr. Doğan Yaşar qeyd edib ki, İzmir körfəzində uzun müddətdir plankton partlayışı var və balıqların ölümünün əsas səbəbi planktondur.
“Hər litr dəniz suyunda təxminən 1 milyon plankton var. Ətraf mühitdə temperatur və çirklənmə artdıqda və onların sayı 2 milyona çatdıqda ətraf mühitdə oksigen buraxmırlar.” – deyə o bildirib.
Xatırladaq ki, ilk plankton partlayışı 1955-ci ildə İzmir körfəzində baş verib.
Hafiz Rufizoğlu