Bakı, TurkicWorld
Türkiyənin İzmir şəhərində başçılığını Adnan Üstünün etdiyi mütəşəkkil cinayətkar dəstəyə qarşı “Kuyu-19” əməliyyatı həyata keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabında açıqlama verib.
Nazir açıqlamasında İzmirdə qrup rəhbəri Adnan Üstün olan mütəşəkkil cinayət qrupuna qarşı "Kuyu-19" əməliyyatı həyata keçirildiyini və əməliyyatlar zamanı dəstənin üzvü olan 15 şübhəlinin həbs edildiyini bildirib.
Şübhəlilər cinayət törətmək üçün təşkilat yaratmaq, qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd maddələri ilə təqsirli bilinib.
Əməliyyatlar nəticəsində sənədsiz silahlar da ələ keçirilərək, təhvil verilib.