Son dəqiqə

ASELSAN TUSAŞ

ASELSAN 60,3 milyon dollarlıq müqavilə imzalayıb

Bakı,TurkicWorld

ASELSAN ilə Türk Hava və Kosmos Sənayesi (TUSAŞ) arasında 60 milyon 309 min dollarlıq müqavilə imzalanıb .

TurkicWorld xəbər verir ki, bu barədə ASELSAN İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) açıqlama verib.

“ASELSAN ilə TUSAŞ arasında hava platformaları üçün avionik dəstlərin inkişafı, inteqrasiyası və kütləvi istehsalı çərçivəsində 60 milyon 309 min dollarlıq müqavilə imzalanıb”,- deyə açıqlamada qeyd edilib.

Sözügedən müqavilə çərçivəsində tədarüklər 2025-2028-ci illər arasında ediləcək.

Mövzuya görə xəbərlər