Son dəqiqə

PKK Mersin

Mersində PKK-ya qarşı əməliyyat keçirilib

Bakı,TurkicWorld

Türkiyənin Mersin şəhərində PKK/KCK silahlı terror təşkilatına qarşı əməliyyatda saxlanılan 14 şübhəlidən yeddisi həbs edilib.

TurkicWorld xəbər verir ki, Terrorla Mübarizə və Kəşfiyyat qrupları təşkilat üzvlərinin hərəkət və fəaliyyətlərini deşifrə etmək üçün aparılan texniki və fiziki təqib işlərində bəzi şəxslərin aktiv olduğu müəyyən edilib.

Sosial şəbəkələrdə PKK terror təşkilatını təbliğ edən paylaşımlar edən 19 nəfərə polis qüvvələri eyni zamanda əməliyyat həyəta keçirib.

Əməliyyatlar zamanı Pilotsuz Uçuş Aparatlarından (PUA) da istifadə olunub.

Ünvanlarda aparılan axtarışlar zamanı sənədsiz ov tüfəngləri və təşkilata məxsus olan materiallar ələ keçirilib.

Polis bölməsindəki ifadələrindən şübhəlilərdən yeddisi həbs edilib, yeddisi isə mühakimə olunmaq üçün sərbəst buraxılıb.

Barəsində həbs qətimkan tədbiri seçilən beş nəfər axtarışa verilib.

Mövzuya görə xəbərlər