Bakı, TurkicWorld
Türkiyədə başda Bursa olmaqla, iki şəhərdə keçirilən "Kuyu-18" əməliyyatlarında mütəşəkkil cinayətkar dəstəsi üzvü olan 12 nəfər şübhəli saxlanılıb
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.
Yerlikaya, başda Bursa olmaqla 2 şəhərdə keçirilən "Kuyu-18" əməliyyatlarında Sadettin Pahsanın başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin 12 üzvünün həbs edildiyini açıqlayıb.
Şübhəlilərin cinayət törətmək üçün təşkilat yaratmaq, onlara pul verməyən iş adamlarına hücum və hədə-qorxu gəlmək, iş yerlərinə basqın və güllələmə, qondarma məhkəmələr qurmaq, ayrı-ayrı şəxslər arasında borc məsələlərinə qarışaraq talan yolu ilə haqsız mənfəət əldə etmək maddələri ilə cinayət törətdikləri müəyyən edilib.
Əməliyyatlar nəticəsində 19 sənədsiz silah və çoxlu patron ələ keçirilərək götürülüb.