Son dəqiqə

Kemal Memişoğlu

COVID-19 ilə bağlı həyəcanlı vəziyyət yoxdur – Kemal Memişoğlu

Bakı,TurkicWorld

Meymun çiçəyi və COVID-19 ilə bağlı hazırda hər hansı bir həyəcan vəziyyətimiz yoxdur.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Səhiyyə naziri Kemal Memişoğlu Ankaradakı media qurumlarının nümayəndələri ilə görüşü zamanı deyib.

Memişoğlu görüşün tanışlıq xarakteri daşıdığını bildirib və nazirliyin həyata keçirdiyi layihələr və yol xəritəsi haqqında məlumat verib.

Cəmiyyətə sağlam həyat vərdişləri qazandırmağı hədəflədiklərini ifadə edən Memişoğlu, asılılıq, çəki, hərəkətsizlik, qidalanma pozğunluqları və aşağı doğum nisbətlərinin gələcək risklər arasında olduğunu açıqlayıb. Nazir bu risklərin aradan qaldırılmasında medianın böyük rolu olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər