Son dəqiqə

Türkiyə İzmir meşə yanğınları

İzmirdə baş verən meşə yanğını nəzarət altına alınıb

Bakı, TurkicWorld

İzmirin Karşıyaka rayonunda baş verən meşə yanğını nəzarətə götürülüb.

TurkicWorld xəbər verir ki, bölgəyə İzmir Meşə Region Müdirliyinə aid qruplar göndərilib.

Qruplar yanğını gecə boyu ara vermədən söndürmək üçün işlərini davam etdirib.

Bölgədə 3 helikopter, 25 su tankeri, 4 su təchizatı maşını, 3 dozer və 6 yer briqadası fəaliyyət göstərib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər