Türkiyə Fələstin Rəcəb Tayyib Ərdoğan Mahmud Abbas

Türkiyə Fələstinin haqq mübarizəsinə dəstəyini davam etdirəcək

Bakı, TurkicWorld

Türkiyə Fələstinin haqq mübarizəsinə dəstəyini davam etdirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Fələstin prezidenti Mahmud Abbasla görüşü zamanı deyib.

O, İsraili dayandırmaq və beynəlxalq ictimaiyyətin İsrailə təzyiqlərini artırmaq üçün fəaliyyətini davam etdirəcəyini bəyan edib.

Ərdoğan bildirib ki, İsrail Qəzzada körpələr də daxil olmaqla dinc əhalini qırmağa, günahsız fələstinliləri didərgin salmağa, məktəblərə, xəstəxanalara və mülki şəxslərin sığındığı ərazilərə zərbələr endirməkdə davam edir.

“Bəzi Qərb dövlətlərinin bütün bunlara səssiz qalması və İsrailə yardımı davam etdirməsi qəbuledilməzdir.” – deyə Ərdoğan qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər