Son dəqiqə

Türkiyə Fələstin Rəcəb Tayyib Ərdoğan TBMM Mahmud Abbas

Mahmud Abbas Türkiyədə səfərdədir

Bakı, TurkicWorld

Fələstin prezidenti Mahmud Abbas Türkiyə Böyük Millət Məclisində çıxış etmək üçün Ankaraya gəlib.

TurkicWorld xəbər verir ki, Abbası və onu müşayiət edən heyəti Ankaraya gətirən təyyarə Esenboğa hava limanına enib.

Fələstin prezidentini hava limanında xarici işlər naziri Hakan Fidan, Fələstinin Ankaradakı səfiri Faed Mustafa və bir çox rəsmi şəxslər qarşılayıb.

Abbasın prezident Rəcəb Tayyib Ərdoğanla görüşü və Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında çıxış edəcəyi gözlənilir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər