Bakı,TurkicWorld
ASELSAN-ın yeni hava hücumundan müdafiə sistemi olan GÖKDEMİR təqdim edilib.
TurkicWorld xəbər verir ki, sistem ilk dəfə IDEF 2023 sərgisində nümayiş etdirilib.
TÜBİTAK-SAGE tərəfindən hazırlanan və hava hücumundan müdafiə ehtiyaclarına uyğun olaraq yenilənən GÖKDEMİR Atış Sistemində GÖKDOĞAN raketindən istifadə edəcək.
Qeyd edək ki, GÖKDEMİR ilk atış sınağını 2022-ci ilin iyun ayında uğurla həyata keçirmişdi.
Yerləşdirmə hazırlığı və yerləşdirmə müddəti olduqca qısa olan GÖKDEMİR; Fırlanan Qüllə Strukturu ilə 360 dərəcə Təhdidi Məhv etmə qabiliyyəti, Çox Nümayiş və Ardıcıl Atışma, Məlumat Bağlantısı ilə Ara Mərhələ Rəhbərliyi, Raket Yükləmə Platforması və Kran Sistemi, Çox İstifadəli Canister və Simli/Simsiz Rabitə kimi xüsusiyyətlərə malikdir.