Bakı, TurkicWorld
Elektronik Müdafiə etmə sistemləri yaradan ASELSAN-ın hazırladığı “Çelik Kubbe”-in görüntüləri ilk dəfə mediada yayınlanıb.
TurkicWorld xəbər verir ki, ötən gün Türkiyə Müdafiyə Sənayesi İcra Komitəsində bu sistemin adı ilk dəfə səsləndirilib.
Türkiyə uzun müddətdir ki, öz çoxqatlı hava hücumundan müdafiə sistemi qurğusunu yaratmağa çalışır. Bu qurğunun daxilindəki yaxın hava hücumundan müdafiə sistemləri, aşağı və orta hündürlük sistemləri artıq inventara daxil olub. Uzun mənzilli hava hücumundan müdafiə sistemi olan SİPER-in birinci mərhələsi isə başa çatıb.
Komitədə “Çelik Kubbe” adı altında bu qurğunun fəaliyyəti, yeni yaradılmış hava radar sistemləri ilə qarşılıqlı uyğunluq için birlikdə işləməsi, eyni vaxtda hava əməliyyat mərkəzindən idarə olunması müzakirə edilib.
Qeyd edək ki, ASELSAN tərəfindən hazırlanan “Çelik Kubbe” artıq tam şəkildə fəaliyyətə başladığı zaman, istənilən yüksəklikdən Türkiyə hava məkanına daxil olan və ya daxil ola biləcək bütün təhlükələri bu sistem təsbit edib aradan qaldıra biləcək.