Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Somali

Ərdoğan Somali prezidenti ilə ikitərəfli məsələləri müzakirə edib

Bakı, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Somali prezidenti Həsən Şeyh Mahmudla ikitərəfli məsələləri müzakirə edib.

TurkicWorld xəbər verir ki, iki lider arasında telefon danışığı baş tutub.

Görüş zamanı ikitərəfli əlaqələr, Somali ilə Efiopiya arasında yaşanan gərginlik, regional və qlobal hadisələr müzakirə edilib.

Ərdoğan Türkiyənin Somali ilə Efiopiya arasındakı gərginliyin aradan qaldırılması üçün səylərini davam etdirəcəyini bildirib.

O qeyd edib ki, iki ölkə arasında barışıq yaratmaq üçün Türkiyədə keçiriləcək danışıqların ikinci raundunda konkret nəticələr gözlənilir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər