Son dəqiqə

Cevdet Yılmaz

İsrailin qətliamlarına səssiz qalanları qınayıram – Cevdet Yılmaz

Bakı,TurkicWorld

İsrailin qətliamlarına səssiz qalanları və iştirak edənləri bir daha qınayıram.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib.

Yılmaz İsrailin Qəzzada köçkünlərin sığındığı məktəbə hücumunu pisləyib.

İsrail ordusunun Qəzzada köçkünlərin sığındığı məktəbə hücumu nəticəsində ən azı 100 fələstinlinin həyatını itirdiyi, onlarla insanın isə yaralandığı bildirilir.

“Netanyahu hökuməti beynəlxalq hüquq qarşısında məsuliyyətini artırmağa davam edir. Ədalət, insanlıq və sülh sonda qalib gələcək”,- deyə Yılmaz bildirib.

Mövzuya görə xəbərlər