Son dəqiqə

Türkiyə İstanbul Hava Limanı

İstanbul Hava Limanı uçuşla Avropanın ən işlək hava limanları siyahısında birinci olub

Bakı, TurkicWorld

İstanbul Hava Limanı gündə orta hesabla 1502 uçuşla Avropanın ən işlək hava limanları siyahısında birinci olub.

TurkicWorld xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 29 iyul - 4 avqust 2024-cü il tarixləri arasında hava hərəkəti statistikasını dərc edib.

İstanbul Hava Limanı gündə orta hesabla 1502 uçuşla Fransanın paytaxtı Parisdə Olimpiya Oyunlarının keçirildiyi Charles de Gaulle hava limanını geridə qoyub.

Charles de Gaulle hava limanı gündə 1436 uçuşla Avropanın ikinci ən işlək hava limanı, Hollandiyanın paytaxtı Amsterdamdakı Schiphol hava limanı isə 1427 uçuşla siyahıda üçüncü olub.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər