Son dəqiqə

Türkiyə xərçəng

Türk alim 3D xərçəng toxumalarının hazırlanmasında iştirak edib

Bakı, TurkicWorld

Prof. Dr. İbrahim Tarık Özbolat xəstələrdən alınan hüceyrələrdən istifadə edərək, real olanlara çox yaxın olan 3D xərçəng toxumaları hazırlayıb.

TurkicWorld xəbər verir ki, Özbolat 17 ildir ki, ABŞ-da süni toxuma və orqan çapı üzərində işləyir.

Xərçəngi müalicə etməsi gözlənilən immun hüceyrələrdən istifadə edərək yeni müalicə üsulları 3D toxumalar üzərində araşdırılır. Özbolat Penn State Universitetindəki laboratoriyasında komandası ilə birlikdə orqan modelləri üzərində də işləyir.

Qeyd edilib ki, Özbolat və komandasının yeni toxuma araşdırmaları son mərhələyə çatıb. Ürək əzələsi, ağciyər kimi toxumalar 10 il ərzində klinikaya keçəcək.

“Biz biomateriallardan, yəni canlıya implantasiya edildikdə canlı tərəfindən rədd edilməyəcək, yəni bədən daxilində parçalanacaq materiallardan istifadə edirik.” – deyə o bildirib.

Özbolat qeyd edib ki, biz Türkiyəyə təkcə doktorluq dissertasiyasını almış gənc alimlərin deyil, eyni zamanda liderləri sübut edilmiş və dünya səviyyəsində araşdırmalar aparan böyük türk alimlərinin də Türkiyəyə gəlməsini istəyirik.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər