Bakı, TurkicWorld
Texnologiyadan mənfi istifadə heç vaxt qəbuledilməzdir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə ədliyyə naziri Yılmaz Tunç açıqlama verib.
"Konstitusiyamıza görə, dövlətimiz uşaqlarımızın müdafiəsini təmin etmək üçün lazımi tədbirlər görməyə borcludur.” – deyə o qeyd edib.
Yılmaz Tunç bildirib ki, Roblox oyun platforması və onun tətbiq bazarlarındakı əlaqələri uşaqların istismarına səbəb ola biləcək məzmuna görə araşdırılıb.
“İctimai quruluşumuzu dinamitləndirmək cəhdlərinə, uşaqlara qarşı zorakılığa, zorakılığı təşviq etməyə, hər biri bir inci olan uşaqlarımızın inkişafına mənfi təsir edəcək fəaliyyətlərə heç vaxt icazə verilməyəcək” – deyə o qeyd edib.
Hafiz Rufizoğlu







