Bakı, TurkicWorld
Türkiyədə başda Kırklareli olmaqla dörd vilayətdə bir-birinə düşmənçilik edən Nizamettin Gündüz və Ercan Kartayın başçılıq etdiyi iki ayrı mütəşəkkil cinayət qrupuna qarşı “Kuyu-15” əməliyyatı keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili Işlər Naziri Ali Yerlikaya sosial media hesabında açıqlama verib.
Keçirilən əməliyyatlar zamanı mütəşəkkil cinayətkar dəstənin başçıları da olmaqla 30 şübhəli şəxs həbs edilib.
Cinayətkar dəstənin üzvlərinin cinayət törətmək üçün təşkilat yaratmaq, qəsdən adam öldürmə cəhdi, talançılıq, əmlaka ziyan vurma, sələmçilik, insan alveri, qəsdən təhlükə törətmək və 6136 saylı qanunu pozmaq maddələri ilə cinayət törətdikləri müəyyən edilib.
İlkin məlumata görə, keçirilən əməliyyatlar nəticəsində on sənədsiz silah və çox sayda patron ələ keçirilirək götürülüb.