Son dəqiqə

Türkiyə Mersin

Mersində narkotik tacirlərinə qarşı əməliyyat keçirilib

Bakı,TurkicWorld

Türkiyənin Mersin şəhərinin üç rayonunda narkotik tacirlərinə qarşı keçirilən əməliyyatda altı şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, Mersin İl Jandarma Komandirliyi Çamlıyayla, Anamur və Silifke rayonlarında əməliyyatlar keçirib.

Şübhəliləri təqib edən qruplar, beş ayrı əməliyyat keçirərək altı şübhəlini yaxalayıblar.

Ünvanlarda axtarış aparan jandarma 779 qram bitki mənşəli marixuana, 334 qram bonzai, 114 çətənə kökü, 247 qram çətənə toxumu, narkotik həb, dörd narkotik vasitə, bir bıçaq və 39 min 400 TL nağd pul ələ keçirib.

Əməliyyat zamanı meşə ərazilərində hind çətənəsinin yetişdirildiyi də məlum olub.

Nəzarətə alınan şübhəlilər jandarma bölməsinə aparılıb.

Mövzuya görə xəbərlər