Bakı, TurkicWorld
Türkiyə və Bolqarıstan arasında enerji sahəsində danışıqlar aparılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar öz sosial media hesabında paylaşım edib.
O, Bolqarıstanın energetika naziri Vladimir Malinovla iki ölkə arasında təbii qaz və elektrik enerjisi ticarətini və Avropanın enerji təchizatı təhlükəsizliyini dəstəkləyən qarşılıqlı əlaqə xətlərinin inkişafını qiymətləndirdiyini bildirib.
“Görüş zamanı ölkələrimiz arasında təbii qaz və elektrik enerjisi ticarətini və Avropanın enerji təchizatı təhlükəsizliyini dəstəkləyən qarşılıqlı əlaqə xətlərinin inkişafını qiymətləndirdik” – deyə paylaşımda qeyd edilib.
Hafiz Rufizoğlu