Son dəqiqə

Türkiyə Kahramanmaraş

Türkiyədə 14 min 500 yaşı olan məzar tapılıb

Bakı,TurkicWorld

Türkiyənin Kahramanmaraş şəhərinin Direkli mağarasında aparılan qazıntılar zamanı yaşı 14 min 500 il olduğu təxmin edilən düzbucaqlı formada məzar tapılıb.

Kahramanmaraşın Döngel rayonundakı mağarada 2007-ci ildən bəri davam edən qazıntılar zamanı dördüncü məzar tapılıb.

Ankara Hacı Bayram Vəli Universiteti Arxeologiya Bölümü Dosenti və Direkli Mağara Qazıntıları Başçısı Prof. Dr. Cevdet Merih Erek məzarların birincisini 2009-cu ildə, ikincisini 2019-cu ildə, üçüncüsünü isə 2023-cü ilin qazıntı mövsümündə tapdıqlarını açıqlayıb.

Bu ilki qazıntılarda 11-ci arxeoloji səviyyədə olduqlarına diqqət çəkən Erek, tapdıqları türbənin 14 min 500 il əvvələ aid olduğunu bildirib.

“Qazıntı sahəsində builki qazıntılar zamanı qəbir sahəsi hesab etdiyimiz hissədə əvvəllər görmədiyiniz diaqonal düzbucaqlı strukturda qəbir yerinin düzüldüyünü gördük. Qəbrin tarixi olduğunu düşünürük. Ddaha əvvəl qazdığımız təbəqələrdə Carbon 14 analizlərinə görə 12 min 540 il əvvələ çatdıq”,- deyə Erek vurğulayıb.

Mövzuya görə xəbərlər