Son dəqiqə

Fahrettin Altun

Altun Ankaradakı məhbus mübadiləsi ilə bağlı açıqlama verib

Bakı,TurkicWorld

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Ankarada baş verən məhbus mubadiləsi ilə bağlı açıqlama verib.

TurkicWorld xəbər verir ki, bu barədə Altun X sosial media hesabında paylaşım edib.

“Türkiyə müxtəlif ölkələrlə müxtəlif forma və səviyyələrdə münasibətləri inkişaf etdirə bilən bir diplomatik gücə olduğunu sübut etdi”,- deyə o bildirib.

“Dünəndən etibarən Türkiyə 7 fərqli ölkədən 26 nəfəri dəyişdirərək son dövrlərin ən əhatəli məhbus mübadiləsi əməliyyatını həyata keçirdi. Türkiyənin bu çox həssas danışıqların idarə olunmasında göstərdiyi ciddilik bütün problemlərin həlli üçün nümunə oldu”,- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, dünən Ankarada ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç, Rusiya və Belarus kimi yeddi fərqli ölkənin həbsxanalarında cəmi 26 nəfərin qarşılıqlı mübadiləsini əhatə edən son dövrün ən əhatəli mübadilə əməliyyatı həyata keçirilib.

Mövzuya görə xəbərlər