Son dəqiqə

Azərbaycan Türkiyə İkinci Qarabağ Müharibəsi Fahrettin Altun Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi

Türkiyə, Azərbaycanın Yanında Olmağa Davam Edəcək - Fahrettin Altun

BAKI,TurkicWorld

İkinci Qarabağ Müharibəsi zamanı necə idiksə, bu gün də Azərbaycanla çiyin-çiyinə dayanırıq.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Altun xüsusilə Qarabağ zəfərinə toxunaraq qeyd edib ki, Türkiyə bu tarixi prosesdə “bir millət, iki dövlət” prinsipi ilə daim Azərbaycanın yanında olub və olacaq.

O, Qarabağ uğrunda canını fəda edən şəhidlərə rəhmət diləyib və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizənin hər bir türk üçün fəxr mənbəyi olduğunu vurğulayıb.

Qeyd edək ki, 28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunaraq, müsəlman şərqində ilk demokratik respublika quruldu. Cümhuriyyətin baniləri arasında Məhəmməd Əmin Rəsulzadə kimi böyük şəxsiyyətlər yer alıb. Bu gün 28 May — Azərbaycanın dövlət müstəqilliyinin təməl günü olaraq Müstəqillik Günü kimi qeyd olunur.

Mövzuya görə xəbərlər