Bakı, TurkicWorld
Türkiyənin 21 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Məlumata görə, 4 gün davam edən "Kıskac-24" əməliyyatı nəticəsində 55 şübhəli saxlanılıb.
Nazir bildirib ki, əməliyyatlar Adana, Ankara, Balıkesir, Bursa, Çorum, Ədirnə, Elazığ, Qaziantep, Isparta, İstanbul, İzmir, Karabük, Kütahya, Ordu, Manisa, Mersin, Rize, Samsun, Siirt, Tekirdağ və Yalovada keçirilib.