Son dəqiqə

Türk Silahlı Qüvvələri

Türk ordusu son bir həftədə 67 terrorçu zərərsizləşdirilib

Bakı,TurkicWorld

Türkiyə Silahlı Qüvvələri (TSK) son bir həftədə İraqın şimalı və Suriya daxil olmaqla 67 terrorçu, ilin əvvəlindən isə 1588 terrorçu zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında deyib.

Prezident Ərdoğanın təsdiqindən sonra Ali Hərbi Şuranın qərarlarının açıqlanacağını bildirən Aktürk, qərarların dövlətə, millətə və Türkiyə Silahlı Qüvvələrinə xeyirli olmasını arzulayıb.

İraqın şimalında 770, Suriyanın şimalında isə 818 olmaqla həyata keçirilən əməliyyatlarda 1588 terrorçunun zərərsizləşdirilib.

Aktürk həmçinin bildirib ki, iyulun 26-da İraqın şimalında həyata keçirilən hava əməliyyatı ilə terror təşkilatının istifadə etdiyi mağaralar, bunkerlər, sığınacaqlar, anbarlar və məsul terrorçuların da olduğu düşünülən 25 hədəf müvəffəqiyyətlə məhv edilib.

“Terror yuvalarını əzmlə bağlamağa davam edən Türk Silahlı Qüvvələrimiz altı mağara aşkar edib. İraqın şimalındakı Pençe-Kilit əməliyyatı bölgəsində terrorçulara məxsus çoxlu sayda tüstü bombası, mina, əl istehsalı partlayıcı minaatan, zenit və pulemyot sursatları və xilasetmə materialları ələ keçirilib”,- deyə o bildirib.

Mövzuya görə xəbərlər