Son dəqiqə

Türkiyə Hakan Fidan HƏMAS İsmayıl Haniyə

Haniyənin öldürməsi ilə sülhə böyük zərbə vuruldu – Hakan Fidan

Bakı, TurkicWorld

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürməsi ilə sülhə böyük zərbə vuruldu.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

"Əgər Livanda müharibəyə gedərsə, ABŞ-ın Netanyahunun arxasında döyüşməkdən başqa çarəsi yoxdur" – deyə Hakan Fidan bildirib.

Fidan sui-qəsd nəticəsində öldürülən Haniyə ilə bağlı Fələstin xalqına və İslam dünyasına başsağlığı verib.

Xatırladaq ki, HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb. Belə ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər