Bakı, TurkicWorld
İyidere Logistika Limanı Türkiyənin strateji mövqeyini gücləndirəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
O, Rize İyidere Logistika Limanının Qafqaz və Yaxın Şərq ölkələri arasında potensial trafikdən yaranacaq birləşmiş daşıma zəncirinin mərkəzi olacağını bildirib.
“Türkiyə Qafqaz ölkələrindən və Rusiyadan Afrikaya uzanan şimal-cənub dəhlizlərinin mərkəzidir. Limara gələn yüklər Ərzurum, Bingöl, Diyarbəkir və Mardin marşrutu üzrə magistral əlaqə vasitəsilə İnkişaf Yolu ilə birləşdiriləcək.” – deyə Uraloğlu qeyd edib.
O bildirib ki, Türkiyənin beynəlxalq ticarət yollarına qoşulması ilə strateji mövqeyi gücləndiriləcək.
Hafiz Rufizoğlu