Bakı, TurkicWorld
Balıkəsirdə Cemil Ay və Ali Ayın rəhbərliyi ilə sələmçiliklə məşğul olan mütəşəkkil cinayətkar dəstəyə qarşı keçirilən "KUYU-12" əməliyyatı zamanı tutulan 43 nəfərdən 27-si həbs edilib.
TurkicWorld bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.
Yerlikaya açıqlamasında, əməliyyat zamanı aralarında dəstə başçıları da daxil olmaqla ümumi 43 şübhəlinin saxlanıldığını, onlardan 27-nin həbs olunduğunu, ikisi haqqında məhkəmə nəzarəti qərarı verildiyini, digər şübhəlilər haqqında isə əməliyyatların davam etdiyini qeyd edib.
Nazir bazar dəyəri təxminən 1 milyard 200 milyon lirə olan mal varlıqlarına həbs qoyulduğunu, şübhəlilərin "yüksək faiz müqabilində pul vermə", "avtomobil alqı-satqı müqavilələri üzərindən pulu faizlə dəyişdirmə", "talançılıq və əziyyət", "borc yolu ilə adam saxlama", "silahla hədələmə və şiddət", "sənəd saxtakarlığı", "qəsb və oğurluq" maddələri ilə ittiham olunduqlarını bildirib. Cinayətkar fəaliyyətlərdən əldə edilən pullar isə dayanacaqlar, avtosalonlar və zərgərlik mağazaları vasitəsiylə çirkli pulların yuyulması çərçivəsində mənimsənilmişdir.
Yerlikaya əməliyyatlar nəticəsində sənədsiz tapança və ov tüfəngləri, müxtəlif miqdarda narkotik vasitələr, çoxlu sənəd, çek və qızılların da ələ keçirildiyini bildirib.