Bakı, TurkicWorld
Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda "Köhnə Alalah" kimi tanınan "Aççana Höyük"də aparılan işlər zamanı 3500 illik daş kitabə tapılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabından verdiyi açıqlamada qeyd edib.
O qeyd edib ki, ilk oxunuşlara görə eramızdan əvvəl 15-ci əsrə aid olan Akkad mixi lövhəsində böyük miqdarda mebel alışına dair qeydlər mövcuddur.
“İnanırıq ki, çəkisi 28 qram olan bu kitabə Son Tunc dövrünün iqtisadi strukturunu və dövlət sistemini anlamaq üçün yeni perspektiv irəli sürəcək.” – deyə nazir bildirib.
Johns Hopkins Universiteti Müəllim Dos. Dr. Jacob Lauinger və doktorantı Zeynep Türkerin üzərində çalışdıqları kitabə 4,2-3,5 santimetr ölçüləri, 1,6 santimetr qalınlığı və 27,85 qram çəkisi ilə diqqət çəkib.
İlk sətirlərində külli miqdarda taxta stol, stulların alınması, kimin alması və ya kimə verilməsi, eyni zamanda tapıntıdakı rəqəmlər kimi mövzularda dilçilər araşdırmalarını davam etdirirlər.
Hafiz Rufizoğlu