Bakı, TurkicWorld
Türkiyənin başda İstanbul olmaqla, 4 bölgəsində sələmçiliklə məşğul olan təşkilata qarşı həyata keçirilən “KUYU-11” əməliyyatlarında 61 nəfər saxlanılıb.
TurkicWorld bildirir ki, bu barədə Türkiyənin Daxili Işlər Naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.
Açıqlamada Yerlikaya , Tuncer Aslanın rəhbərlik etdiyi sələmçiliklə məşğul olan təşkilata qarşı həyata keçirilən “KUYU-11” əməliyyatları zamanı 61 nəfərin tutulduğunu açıqlayıb.
Aparılan araşdırmalar nəticəsində cinayət dəstəsinin insanlara yüksək faiz müqabilində borc pul verdiyi, borclara girov olaraq müxtəlif məbləğlərdə çek, sənəd , daşınmaz əmlak aldıqları, borcluların ailələrini isə təhdid etdiyi məlum olub.
Əməliyyatlar zamanı altısı sənədsiz olmaqla 10 ədəd silah, çoxlu pul və çeklər də ələ keçirilib.