Bakı, TurkicWorld
Türkiyədə başda Karabük olmaqla, İstanbul və Ankarada həyata keçirilən “KUYU-10” əməliyyatlarında mütəşəkkil cinayətkar dəstəsi üzvü olan 11 şübhəli saxlanınılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Ali Yerlikaya öz sosyal medya hesabında açıqlama verib.
Açıqlamada, Sezgin Yüksel və İmdat Yükselin başçılıq etdiyi “KUYU-10” əməliyyatlarında mütəşəkkil cinayətkar dəstəsi üzvü olan 11 şübhəlinin saxlanıldığı qeyd olunub.
Yerlikaya, əməliyyatlar zamanı 6 sənədsiz silah , çoxlu pul, POS cihazı və sənəd ələ keçirildiyini, şübhəlilərin "cinayət məqsədli təşkilat yaratmaq", "talançılıq", " fırıldaqçılıq", "qəsdən yaralama", "təhdid" və "narkotik ticarəti" kimi cinayət maddələri ilə ittiham olunduqlarını açıqlayıb.