Son dəqiqə

İstanbul Hava Limanı

İstanbul limanı dünyanın ən yaxşı hava limanı seçilib

Bakı, TurkicWorld

İstanbul Hava Limanı Travel and Leisure tərəfindən hər il təşkil edilən “Dünyanın 10 Ən Yaxşı Beynəlxalq Hava Limanı” sorğusunda oxuculardan 95,79 bal toplayaraq birinciliyə layiq görülüb.

TurkicWorld xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində hər ay 16 milyondan çox oxucuya çatan “Travel and Leisure” səyahət jurnalının mükafatlandırma mərasimi keçirilib. Mükafat İGA İstanbul Hava Limanının Əməliyyatlar üzrə Baş Müdir müavini Mehmet Büyükkaytana təqdim edilib.

Büyükkaytan mərasimdəki çıxışı zamanı dünyanın dörd bir yanından olan rəqibləri ilə yarışdıqları səsvermədə birinci olmaqdan məmnun olduqlarını bildirib.

Travel and Leisure jurnalı oxucularının rəyləri əsasında araşdırmada hava limanlarını giriş, check-in, təhlükəsizlik, qida sahələri, alış-veriş və dizayn kimi kriteriyalar baxımından qiymətləndirib

Sorğuda səsə qoyulan digər hava limanları arasında Changi Hava Limanı (Sinqapur), Hamad Beynəlxalq Hava Limanı (Qətər), Dubay Beynəlxalq Hava Limanı, İncheon Beynəlxalq Hava Limanı (Cənubi Koreya), Abu Dabi Beynəlxalq Hava Limanı (Birləşmiş Ərəb Əmirlikləri), Haneda Beynəlxalq Hava Limanı (Yaponiya) , Chhatrapati Shivaji Maharaj Beynəlxalq Hava Limanı (Hindistan), Honq Konq Beynəlxalq Hava Limanı və Osaka Beynəlxalq Hava Limanı (Yaponiya) da yer alıb.

Qeyd edək ki, İstanbul Hava Limanı (Istanbul Grand Airport) ilk dəfə 2021-ci ildə Travel and Leisure jurnalının sorğusuna qatılaraq siyahıdakı ilk Türk hava limanı olmuşdur.

Mövzuya görə xəbərlər