Bakı,TurkicWorld
15 iyul millətimizin heç vaxt xainlərin qarşısında baş əyməyəcəyinin ən bariz nümünəsidir.
TurkicWorld xəbər verir ki bu sözləri Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar X sosial media hesabındakı paylaşımında deyib.
“Mən əzəldən azad yaşamışam, azad yaşayıram. Əziz Şəhid və Qazilərimizə rəhmət diləyirəm”,- deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd etməsindən 8 il ötür. Həmin gecə baş verənlər nəticəsində 300-dən çox insan həyatını itirib, 1491 nəfər yaralanıb. Çevriliş cəhdi zamanı 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın yüngül silahdan istifadə edilib.
“Ben ezelden beridir hür yaşadım, hür yaşarım;”
— Selçuk Bayraktar (@Selcuk) July 15, 2024
Milletimizin asla hainlere boyun eğmeyeceğinin en veciz göstergesidir #15Temmuz!
Aziz Şehit ve Gazilerimize rahmet ve minnetle... pic.twitter.com/CkIikmGFev