Bakı,TurkicWorld
Türkiyənin 2023-cü ilin gəlir vergisi rekordçusu Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar, ikinci yerdə Haluk Bayraktar, üçüncü yerdə isə Mustafa Rəhmi Koç olub.
TurkicWorld xəbər verir ki, ən çox gəlir vergisi bəyan edən vergi ödəyiciləri siyahısının başında rekordçu Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar olub.
2023-cü ildə Bayraktara 1 milyard 952 milyon 680 min 474,13 lirə vergi yığılıb.
Siyahıda ikinci ad 1 milyard 683 milyon 198 min 305,27 lirə ilə Baykar baş direktoru Haluk Bayraktar olub.
Belə ki, Türkiyənin vergi rekordçuları siyahısında ilk iki yeri son üç ildə zirvədə olan texnologiya şirkəti Baykarın rəhbərləri paylaşıb.
Selçuk və Haluk Bayraktar 2021-ci ildən 2023-cü ilə qədər ardıcıl olaraq ən çox gəlir vergisi ödəyən şəxslər olduğu halda, 2021-ci ildən bu yana ödədikləri vergi məbləğində təxminən 12 qat artım olub.
Siyahıda üçüncü ad 480 milyon 80 min 162,58 lirə vergi toplayan Koç Holdinqin sədri Mustafa Rahmi Koç olub.