Son dəqiqə

Selçuk Bayraktar

Selçuk Bayraktar dünyanın ən zəngin insanları siyahısında yer alıb

Bakı, TurkicWorld

Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar dünyanın ən zəngin insanları siyahısına düşüb.

TurkicWorld xəbər verir ki, bu barədə məlumat ABŞ-nin məşhur "Forbes" nəşrində yer alıb.

Məlumata görə, siyahıda Türkiyədən ümumilikdə 27 nəfər var, onlardan 23-ü kişi, 4-ü qadındır. Bayraktar dünyanın ən varlı insanları arasında 24-cü yerdədir.

Qeyd edilir ki, Selçuk Bayraktar 1,2 milyard dollarlıq sərvəti ilə Türkiyənin 2420-cu ən varlı insanıdır.

Mövzuya görə xəbərlər