Son dəqiqə

Türkiyə Ankara

Ankarada qəza nəticəsində 16 nəfər yaralanıb

Bakı, TurkicWorld

Ankarada işçiləri daşıyan avtobus və mikroavtobus toqquşub.

TurkicWorld xəbər verir ki, qəza nəticəsində 3 yaşlı uşaq ölüb, 16 nəfər isə yaralanıb.

Xəbər üzərinə hadisə yerinə sağlamlıq, xilasetmə və jandarma qrupları cəlb edilib.

Xəsarət alan 16 nəfər ətrafdakı xəstəxanalara çatdırılıb.

Yaralılardan 2 nəfərin həyati təhlükəsinin olduğu bildirilən qəza ilə bağlı araşdırma başladılıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər